UNEC-in müəllimləri İtaliyanın Sapienza Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində mübadilədə iştirak edə bilərlər. Bütün xərclər Erasmus+ qrantı hesabına ödəniləcəkdir.

Müddət: 2024/2025-ci tədris ilinin payız semestri 

Tələb olunan sənədlər:

  • CV (ingilis dilində)
  • Niyyət məktubu (ingilis dilində)
  • Nəşrlərin siyahısı
  • Sapienza Professorlarından biri tərəfindən imzalanmış dəvət məktubu.

Müraciət üçün son tarix: 5 aprel, 2024-cü il

Seçiləcək müəllim sayı: 2 nəfər (Qeyd: Seçimlər Sapienza universiteti tərəfindın aparılır)

Əlaqələndirici şəxs: Nərmin Əlizadə

Proqramla bağlı ətraflı məlumatı Beynəlxalq əlaqələr departamentindən əldə etmək mümkündür.

Telefon: +994 12 492 18 82

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına təqdim olunmalıdır (Ayrı-ayrı pdf formasında göndərilən mücariətlər nəzərə alınmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində « Sapienza Universiteti (Teaching Staff) » yazmaq mütləqdir.

Proqram haqqında əlavə məlumatlar üçün keçid edin:

TOP XƏBƏRLƏR