2018/2019-ci tədris ili üzrə UNEC-in Dünya İqisadiyyatı, Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə 2-ci kurs tələbələri üçün Montpellier Universitetinin ikili diplom proqramına qəbul başlayıb.
Proqrama qəbul olan UNEC-in tələbələri 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq təhsillərini 4-cü kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək.
Əsas qəbul şərtləri:
- UNEC-in ikinci kurs tələbəsi olmaq
- Minimum orta bal (ÜÖMG) – 81 bal
- İngilis dili – B1
*
Tələb olunan sənədlər:
- Akademik transkript
- CV
- Pasport
*
Tərəfdaş universitet - Montpellier Universiteti
Müddət - 1 il
Tədris dili - İnglis dili
Təhsil haqqı - 2250 avro
Qeydiyyat haqqı - yoxdu
Son müraciət tarixi - 20 aprel 2018-cı il
Tədrisin başlanması - 2018-cı il, sentyabr
Tədrisin bitməsi - 2019-ci il, aprel
Aprelin 12-də UNEC-in əsas tədris binasının böyük akt zalında ikili diplom proqramı haqqında təqdimat keçiriləcək və tələbələri maraqlandıran suallar cavablandırılacaq.
Məlumat günü haqqında daha ətraflı:
Əsas tədris binasında – 12 aprel 2018-ci il, saat 15.00-da, Böyük akt zalı
II və IV tədris binasında – 13 aprel 2018-ci il, saat 15.00-da, Böyük akt zalı
Müraciət üçün:
Afət Ələkbərova
UNEC, Beynəlxalq Əlaqələr Departmenti, 115-ci otaq
Tel.: +994 12 492 60 45
Fax: +994 12 492 59 40
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.