A

UNEC-in iki magistrinə Erasmus+ proqramı çərçivəsində Almaniyanın Siegen Universitetində 2018/2019-ci tədris ilinin payız semestrində təhsil almaq üçün təqaüd imkanı təklif olunur.

Proqrama müraciət etmək üçün əsas şərtlər:

  1. UNEC-in 1-ci kurs magistri olmaq
  2. İngilis dilində sərbəst şəkildə danışmaq (C1 səviyyəsində)
  3. Bakalavr təhsili üzrə örta bal göstəricisi 91-dən yuxarı olmalı.

Tələb olunan sənədlər:

  1. Akademik transkript (bakalavr pilləsi üzrə)
  2. İngilis dilini mənimsəmə səviyyəsini təsdiq edən sənəd (TOEFL və s.)
  3. Motivasiya məktubu (min. 150-max.250 söz)
  4. Magistraturada təhsil almaq haqqında arayış
  5. CV (ingilis dilində)
  6. Pasportun sürəti

Müraciətin son qəbul tarixi: 30 may 2018-ci il saat 17.00

Ünvan: UNEC-in əsas tədris binası (İstiqlaliyyət küç.,6), Beynəlxalq əməkdaşlıq departamenti, 115-ci otaq.
Əlaqədar şəxs: Afət Ələkbərova, e-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it..
Telefon: 492-60-45 

TOP XƏBƏRLƏR