A

ERASMUS+ MÜBADILƏ PROQRAMI çərçivəsində İtaliyanın Sapienza Universitetində (Sapienza University of Rome) bir semestrlik təqaüdlü təhsil almaq istəyən UNEC-in tələbələri üçün sənəd qəbulu elan edilir:

Erasmus+ Proqramının əsas şərtləri:

  • xarici universitetə təhsil haqqı ödənilmir
  • tələbələrin yol xərcləri qarşılanır
  • bir semestr ərzində tələbələr aylıq təqaüd verilir (təqaüdün miqdarı ölkə üzrə fərqlənir)
  • bir semestr təhsil almaq imkanı
  • yerlər üzrə müsabiqə keçirilir
  • tələbələrin orta balı (ÜÖMG) – 90-dan yuxarı olmalı
  • gedəcək ölkənin xarici dilini sərbəst bilməli (ingilis dili B2/C1 səviyyəsində)
  • II, III kurs bakalavr pilləsi üzrə təhsil alan UNEC tələbələri
  • Magistr pilləsi üzrə təhsil alan tələbələr

Tələb olunan sənədlər:

  • Transkript
  • CV (ingilis dilində)
  • Xarici pasport
  • Niyyət məktubu (motivation letter) təhsil almaq istədiyi universitet üçün (ingilis dilində)
  • Təhsil müqaviləs (Learning agreement with detailed list of courses).

Sapienza Universitetinə dair fənlərin siyahısını aşağıdakı linkdən əldə etmək olar:

https://corsidilaurea.uniroma1.it/en

QEYD: III kurs tələbələri fənnlərin siyahısından magistr dərəcəsinə aid fənnləri seçə bilərlər.

Son müraciət tarixi: 30 oktyabr 2018-ci il saat 10.00
Müraciət üçün: Beynəlxalq Əmkdaşlıq Departamenti, Lalə Əkbərova,
UNEC-in əsas tədris binası, İstiqlaliyyət 6, 115-ci otaq

Tel.: (+994) 12 492-60-45, e-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

TOP XƏBƏRLƏR