UNEC İqtisadiyyat Nazirliyi ilə birlikdə təcrübə proqramı elan edir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi UNEC-in magistratura və doktoranturada təhsil alan və məzun olanları təcrübə proqramına dəvət edir.
Təcrübəçilər makroiqtisadi, fiskal, monetar və qiymət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, eyni zamanda makroiqtisadi proqnozların, ortamüddətli dövr üçün iqtisadi və sosial inkişaf konsepsiyasının hazırlanması, strateji təhlili və planlaşdırılması üzrə müvafiq tədbirlərin görülməsində iştirak edəcəklər.
Proqramda iştirak etmək istəyənlər CV-lərini aprelin 25-dək This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərə bilərlər. Elektron poçtun mövzu/subject bölməsində “İqtisadiyyat-tecrube” sözü qeyd olunmalıdır.
Əlavə məlumat üçün UNEC-in Təcrübənin təşkili şöbəsinə müraciət edə bilərsiniz.
Telefon: +994 12 492 15 09