A

16-17 dekabr 2024-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Müasir dövrün trendləri: yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf” mövzusunda İqtisadiyyat və Sosial Elmlər sahəsində Tədqiqatçıların I Beynəlxalq Konfransı (ICRESS - 2024) keçiriləcək.

İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə keçiriləcək konfrans “Yaşıl dünya naminə həmrəylik ili”nə, COP-29-a və “Yaşıl UNEC” ilinə töhfə vermə məqsədi daşıyır.

Konfransda iştirak etmək üçün müvafiq mövzu üzrə məqalələr (azərbaycan, türk, rus və ingilis dillərində) 01 noyabr 2024-cü il tarixinədək This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərilməlidir.

 Konfransın bölmələri aşağıdakı  mövzuları əhatə edir:

  1. Yaşıl inkişaf və yaşıl iqtisadiyyata transformasiya
  2. Yaşıl iqtisadiyyat və innovasiyalar
  3. Ətraf mühitin dayanıqlılığı və rəqabətqabiliyyətli iqtisadiyyat
  4. Yaşıl idarəetmə və sosial rifah cəmiyyəti
  5. Bərpa olunan enerji və ekoloji dayanılılıq
  6. Ekoloji davamlılıq və yaşıl idarəetmə
  7. Yaşıl iqtisadiyyat və regional idarəetmə
  8. Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın statistik qiymətləndirilməsi
  9. Təhsil, insan kapitalı və inklüzivlik

 Məqalələrin tərtib olunması qaydaları:

  • Təqdim olunacaq məruzənin səhifə sayı minimum 5, maksimum 8 səhifə ola bilər.
  • Konfransa təqdim olunacaq elmi işinizin başlığı Times New Roman 14 şrifti ilə, sözlərin yalnız ilk hərfləri böyük olmaqla, Bold, Center formatında yazılır;
  • Müəllifin məlumatları (adı, ata adı, soyadı, iş yeri, e-mail ünvanı, əlaqə telefonu) Times New Roman 12 şrifti, Bold, Center formatında məruzə başlığının altında yazılır;
  • Tədqiqatın əsas mətn hissəsi Times New Roman 12 şrifti, sətir aralığı 1.15, paraqraf aralığı öncə və sonra 6 pt, hər başlıqdan sonra bir sətr boşluq buraxılacaq şəkildə yazılmalıdır.
  • Hər bir məruzənin yazıldığı dildə xülasəsi ilə yanaşı ingilis dilində də xülasəsi olmalıdır.
  • Xülasələr minimum 150, maksimum 200 söz olmaqla, Times New Roman 12 şrift, sətir aralığı 1.15, justified formatında yazılır.
  • Tədqiqatın minimum 3, maksimum 5 sözdən ibarət açar sözləri yer almalıdır. Açar sözlərin ingiliscəsi eyni zamanda ingilis dilində xülasədən sonra da qeyd olunmalıdır.

Konfransa göndərilən məqalələrin yazı qaydalarına tələblər haqqında nümunəni https://shorturl.at/exWhv linki vasitəsilə də əldə etmək olar.

Təşkilat Komitəsi konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məruzələri qəbul etməyə bilər.

Konfransda yalnız canlı və ya onlayn qaydada çıxış edən müəlliflərin məqalələri toplu kitabında nəşr olunacaq. Qəbul edilən bütün məqalələrin xülasələri “Xülasələr toplusu”nda yer alacaqdır. Plagiatdan keçməyən məqalələr qəbul olunmur.

ƏTRAFLI

TOP XƏBƏRLƏR