21-22 may 2026-cı il tarixlərində Milli Aviasiya Akademiyasında “Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” mövzusunda IV Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək.
Konfrans süni intellekt texnologiyalarının aerokosmik sahədə tətbiqi ilə bağlı müasir çağırışlara, həmçinin bu problemlərin həllində gənc tədqiqatçıların yaradıcı potensialının üzə çıxarılmasına həsr olunacaq.
Konfransın əsas məqsədi yerli və beynəlxalq alimləri, sənaye mütəxəssislərini və gənc tədqiqatçıları bir araya gətirərək, yeni elmi yanaşmaların, tədqiqat nəticələrinin və innovativ texnologiyaların müzakirə olunduğu akademik platforma yaratmaqdır.
Tədbir çərçivəsində plenar iclaslar və paralel bölmələr təşkil olunacaq, həmçinin dəyirmi masalar və ustad dərsləri keçiriləcəkdir. Konfransda məruzələr Azərbaycan, rus və ya ingilis dillərində təqdim oluna bilər.
Konfrans Azərbaycan Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə hibrid (onlayn və oflayn) formatda keçiriləcəkdir.