DOST Agentliyi tərəfindən 23 oktyabr 2026-cı il tarixində Xankəndi şəhərində "SocGov 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forum keçiriləcək. Beynəlxalq forum çərçivəsində ”AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsi də elan olunur.

Forumda sosial xidmətlərin rəqəmsallaşdırılması, süni intellekt və data analitikası əsasında idarəetmə modellərinin tətbiqi, dayanıqlı inkişaf məqsədlərinə töhfə verən innovativ həllərin təşviqi, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində panel müzakirələri, ekspert çıxışları və interaktiv sessiyalar təşkil olunacaqdır.

Forum çərçivəsində elan olunan ”AI4DOST Sosial Mükafatı 2026” müsabiqənin məqsədi sosial sahədə qabaqcıl təcrübələrin və innovativ həllərin, sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliğidir.

Beynəlxalq səviyyəli müsabiqə aşağıdakı 4 kateqoriya üzrə keçirilir: 

  1. Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər - sosial xidmətlərin göstərilməsində və sosial rifahın idarə olunmasında süni intellekt və rəqəmsal texnologiyalara əsaslanan həllər üzrə layihələr;
  1. Sosial könüllülük və vətəndaş təşəbbüsləri - könüllülük fəaliyyəti, icma əsaslı layihələr və həssas qruplara dəstək təşəbbüsləri;
  1. Sosial sahənin inkişafına elmi töhfə – sosial siyasət, sosial xidmətlər və sosial idarəetmə sahəsində elmi tədqiqatlar və analitik yanaşmalar;
  1. Regional sosial təşəbbüs – regionlarda sosial problemlərin həllinə yönəlmiş yerli və davamlı layihələr.

Müsabiqə çərçivəsində aşağıdakı fərdi nominasiyalar üzrə yerli müsabiqə də elan olunur:

  • İlin gənc sosial innovatoru
  • Sosial transformasiya lideri / təşəbbüskarı
  • Sosial sahənin inkişafına davamlı töhfəyə görə

Müsabiqədə iştirak üçün müraciətlər 2026-cı ilin 15 iyul – 1 sentyabr tarixləri arasında https://socgov.az saytı vasitəsi ilə qəbul olunacaq.

Müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi SOCGOV 2026 forumu çərçivəsində keçiriləcək.

 

TOP XƏBƏRLƏR