Radio UNEC-də yayımlanan “Azərbaycanım” verilişinin bu həftəki buraxılışı dinləyiciləri Azərbaycanın qədim və möcüzələrlə dolu bölgəsi olan Naxçıvana səyahətə aparıb.
Veriliş İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi Nazlı Səlimlinin təqdimatında baş tutub. Bu buraxılışda Naxçıvanın əsrarəngiz təbiətindən, qədim abidələrindən və özünəməxsus adət-ənənələrindən bəhs olunub. Dinləyicilər Duzdağ mağaralarının şəfa verici xüsusiyyətlərindən, Əshabi-Kəhf ziyarətgahının mistik aurasından, Alıncalı qalasının tarixi əhəmiyyətindən və Nuh peyğəmbərin Naxçıvandakı məzarına dair maraqlı məlumatlarla tanış olublar.
Azərbaycanın tarixini, mədəniyyətini və ruhunu daha yaxından tanımaq üçün verilişə hər bazar ertəsi saat 12:00-da Radio UNEC-də dinləyə bilərsiniz.