Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və audit” kafedrasının dosenti Flora Kaşıyeva Bakı şəhəri 13, 60 və 167 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüşüb.
UNEC-i abituriyentlərə yaxından tanıtmaq məqsədilə təşkil olunan görüşlərdə məktəblilərə universitetin fakültələri, ixtisaslar, əyani və qiyabi təhsil, filiallar, elektron universitet modeli, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüdlər və s. barədə geniş məlumat verilib. Məktəblilər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.