UNEC-in 95 illik yubileyi çərçivəsində “İqtisadiyyat” kafedrasının “Nəzəri iqtisad və sahə iqtisadiyyatı” ixtisasının rəhbəri dos. Günay Pənahova və “Beynəlxalq münasibətlər” ixtisasının rəhbəri dos. Vildan Rizayeva Bakı şəhəri, Səbail rayonundakı 49 saylı “İntellekt” məktəb-liseyinin pedaqoji kollektivi və 11-ci sinif şagirdləri ilə görüşüblər.
Görüş zamanı şagirdlərə UNEC-in təhsil modelinin üstünlüklərindən, beynəlxalq mübadilə və ikili diplom proqramlarından və tələbələr üçün yaradılmış xüsusi təqaüd imkanlarından bəhs olunub. Həmçinin məktəb-liseyin şagirdlərinə UNEC-də ixtisas seçimi, ali təhsilin əhəmiyyəti və gələcək karyera imkanları ilə bağlı dəyərli tövsiyələr verilib.
Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.