UNEC-in təşəbbüsü ilə keçirilən "Elm gözəldir: Məktəbdən elmə" layihəsi çərçivəsində növbəti görüş S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında olub.
Layihə çərçivəsində UNEC Rektorunun müşaviri dos. Elşən Bağırzadə və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dos. Söhrab İsayev Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının pedoqoji heyəti və şagirdləri ilə görüşüblər.
Çıxış edənlər "Elm gözəldir: məktəbdən elmə" layihəsinin məktəblilərin elmi biliklərini artırmaq və biliyin gücünü göstərmək baxımından çox böyük önəm daşıdığını, elmli, bilikli gənc nəslin yetişməsi üçün elmin təbliğinə məhz məktəblərdən başlamağın vacibliyini vurğulayıblar. Tədbirdə elmin, xüsusilə də iqtisad elminin həyatımızdakı rolundan, cəmiyyətdə elmi dünyagörüşün güclü olmasının yaratdığı üstünlüklərdən, elm və iqtisadi inkişaf arasındakı əlaqədən danışılıb. Aparılacaq müzakirələrin gənc nəslin elmə marağının artırılmasına, elmə yeni, gənc mütəxəssislərin cəlb edilməsinə təkan verəcəyini bildiriblər.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, UNEC-in irəli sürdüyü bu təşəbbüsün elmin daha əlçatan və cəlbedici olmasına kömək edəcəyini və davamlı olacaqğını qeyd ediblər.