A

UNEC-in “İqtisadiyyat” kafedrasının əməkdaşları, “İqtisadi siyasət və beynəlxalq iqtisadiyyat” istiqaməti üzrə proqram rəhbəri dos. İlhamə Mahmudova və baş müəllim Zeynəb Qiyasova UNEC-in 95 illik yubileyi ilə əlaqədar olaraq Texniki-Humanitar liseyin və 54 saylı tam orta məktəbin 10-11-ci sinif şagirdləri ilə görüş keçiriblər.

Görüşdə dos. İlhamə Mahmudova UNEC-in son illərdə beynəlxalq reytinqlərində mövqeyinin yaxşılaşması, universitetdaxili ikili diplom və mübadilə proqramları, baş müəllim Zeynəb Qiyasova isə “İqtisadiyyat” ixtisasının əmək bazarında işəgötürənlər arasında qazandığı nüfuzdan danışıblar. Həmçinin universitetdə tələbələrə yaradılan təqaüd proqramları barədə abituriyentlərə geniş məlumat veriblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay