Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov və “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Musa Musayev “Azərbaycan məktəblərində 95 görüş” aksiyası çərçivəsində Abşeron rayonu 1, 4, 8 və 11 nömrəli məktəblərində yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.
Görüş zamanı universitetin tarixi, missiyası, əsas hədəfləri, tələbələr üçün nəzərdə tutulan təqaüd proqramları, beynəlxalq tələbə mübadiləsi imkanları, ikili diplom proqramları, UDİD və MİNOR istiqamətləri haqqında geniş məlumat verilərək, şagirdlərə UNEC-in “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi və universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının fəaliyyəti barədə ətraflı məlumat verilib. Şagirdlərlə görüş zamanı UNEC-də həyata keçirilən rəqəmsal transformasiya layihələri, rəqəmsal bacarıqların inkişaf etdirilməsi istiqamətində atılan addımlar və bu sahədə mövcud karyera imkanları ilə bağlı şagirdlərə ətraflı məlumat verilmiş, gəncləri universitetdə təşkil olunan "UNEC-də bir gün" layihəsində fəal iştirak etməyə dəvət etmişlər.
Sonda şagirdlərin sualları cavablandırılmış və məktəbin pedaqoji heyəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.