UNEC Dizayn Məktəbinin “Dizayn” kafedrasının müəllimləri Namazova Nərminə, Əzizova Xanım, Xəlilova Arzu Nizami rayonu 12 nömrəli tam orta məktəb, Yasamal rayonu 20 nömrəli məktəb-lisey, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey və 225 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüşüblər.
Görüşdə şagirdlərə universitetin tarixi, missiyası, bakalavr proqramları, beynəlxalq reytinqlərdə mövqeyi, tədris binaları, fakültələr, ixtisaslar, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri, akademik heyəti və infrastrukturu, UNEC-də tətbiq edilən tədris prosesi və imtahanların təşkili, təqaüd proqramları, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları, tələbələrin sosial həyatı, yaradıcılıq mərkəzi və s. barədə ətraflı məlumat verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.