A

Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov və “Tətbiqi iqtisadiyyat” kafedrasının baş müəllimi Tahirə Kərimova Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi Yevlax rayonu, Mingəçevir şəhəri, Ağdaş və Göyçay rayonlarının bir sıra məktəblərində məzun sinif şagirdləri ilə görüşlər keçiriblər.

Yevlax rayonunun 1, 2, 3, 5, 8 saylı tam orta məktəbləri və Aşağı Qarxun kənd X. Məmmədov adına tam orta məktəbində, Ağdaş rayonunun 1, 2, 3, 8 saylı və Ləki qəsəbə 6 saylı məktəblərində, həmçinin Mingəçevir şəhərinin 3, 6, 9, 10, 13, 14 və 18 nömrəli tam orta məktəblərində keçirilən görüşlərdə şagirdlərə UNEC-in fəaliyyəti haqqında geniş məlumat verilib.

Görüşlər zamanı Universitetin tarixi, missiyası, dəyərləri, beynəlxalq reytinqlərdəki mövqeyi, tərəfdaş ali təhsil müəssisələri, akademik heyəti, infrastrukturu, tədris olunan ixtisaslar və təhsilin idarəetmə sistemi haqqında təqdimatlar olub. Şagirdlərə akademik təqvim, tədris və imtahan prosesi, təqaüd və mübadilə proqramları, beynəlxalq ikili diplom, UDİT və MİNOR proqramları, UNEC-in tələbə təşkilatları, “Bir pəncərə” xidməti və Kitabxana informasiya mərkəzinin fəaliyyəti barədə də ətraflı məlumat verilib.

Görüş çərçivəsində şagirdləri “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.

TOP XƏBƏRLƏR