A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) əməkdaşları Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbdə abituriyentlərlə görüş keçirib.

Səfərdə ISE Direktor müavini Aysel Quliyeva, ISE TGT-nin sədri Kamran Abbasov, həmçinin hazırda ISE-də təhsil alan və eyni zamanda 149 nömrəli məktəbin məzunları olan Leyla Hüseynzadə, Əfsanə Cabbarzadə və Aysun Səlimzadə iştirak ediblər.

Görüş çərçivəsində şagirdlərə UNEC və fakültə haqqında ətraflı məlumat təqdim olunub. Təqdimat çərçivəsində ISE-də mövcud ixtisaslar, beynəlxalq əməkdaşlıq proqramları, tələbələr üçün təqdim olunan təqaüd imkanları, kampus həyatı və gələcək karyera imkanları barədə geniş təqdimat edilib.

Bundan əlavə, universitet həyatına adaptasiya, qəbul prosesi və xaricdə təhsil imkanları ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb. Xüsusilə ISE-də təhsil alan məzunların şəxsi təcrübələrini bölüşməsi şagirdlər üçün motivasiyaedici və faydalı olub.

Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay