UNEC Dizayn Məktəbinin “Dizayn” kafedrasının müəllimi Pərvin Namazova Sumqayıt şəhərində yerləşən Yusif Məmmədəliyev adına 31 nömrəli və 9 nömrəli tam orta məktəblərdə abituriyentlərlə görüş keçirib.
Görüş zamanı şagirdlərə universitetin bakalavr proqramları, beynəlxalq reytinqlərdəki mövqeyi, müasir tədris infrastrukturu, fakültə və ixtisaslar, tədris prosesinin təşkili və imtahan sistemi barədə ətraflı məlumat verilib. Eyni zamanda, təqaüd imkanları, mübadilə proqramları və beynəlxalq ikili diplom layihələri də təqdim olunub.
Bununla yanaşı, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları və Yaradıcılıq Mərkəzinin fəaliyyəti haqqında məlumat verilib, şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Təqdimatın davamında UNEC Dizayn Məktəbində təhsil prosesi, ixtisas istiqamətləri, keçirilən sərgilər və tədbirlər, həmçinin dizayn sahəsində bacarıqların inkişafı və praktiki biliklərin mənimsənilməsi imkanları haqqında məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda abituriyentləri maraqlandıran suallar bir daha cavablandırılıb.