“UNEC-in gənc müəllimləri” layihəsinin növbəti iştirakçısı Kəniş Qarayevdir.
Gənc müəllimin sloqanı: “Təhsil dünənin, bu günün və gələcəyin yatırımıdır”
Kəniş Qarayev 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində bakalavr təhsili alıb.
2015-ci ildə Türkiyənin Sakarya Universitetinə “Mühasibat və maliyyə” ixtisası üzrə magistr təhsili alıb.
2018-ci ildən UNEC-in "İqtisadiyyat və işlətmə" kafedrasının müəllimidir. Türk Dünyası İqtisad Fakültəsində dərs deyir.
2019-cu ildən etibarən Azəri Med QSC-də bölüm maliyyə rəhbəri olaraq çalışmaqdadır.
Bir çox yerli şirkətə maliyyə və biznesin inkişafına dair konsultasiyalar verib. Xarici jurnallarda elmi məqalələri dərc olunub.
Azərbaycan, türk və ingilis dillərini bilir.