“UNEC-in gənc müəllimləri” layihəsinin növbəti iştirakçısı Təbriz Əliyevdir.
Gənc müəllimin sloqanı: “Təhsil sərvətdir, nə qədər çox öyrənsən, o qədər çox zəngin olursan”.
Təbriz Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakultəsində (TUDİFAK) “Biznesin təşkili və idarə olunması” ixtisası üzrə bakalavr təhsili alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetmə” ixtisası üzrə magistr təhsili alıb. Hazırda UNEC-də “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə fəlsəfə doktoru üzrə doktorantura təhsili alır.
AR Mərkəzi Bankının Risklərin idarəedilməsi departamentində əmək fəaliyyətinə başlayıb, daha sonra Baker Tilly şirkətinin audit və maliyyə departamenlərində karyerasını davam etdirib. Bundan sonra ölkənin bir sıra aparıcı şirkətlərində maliyyə xidmətləri üzrə məsləhətçi, investisiya mütəxəssisi kimi çalışıb. Hazırda Özəl İnvestisiya Şirkətində (Private Equity) Maliyyə və İnvestisiya məsələləri üzrə menecer vəzifəsində çalışır.
UNEC-in "İqtisadiyyat və İşlətmə" kafedrasının müəllimidir, Türk Dünyası İqtisad Fakültəsində dərs deyir.
Azərbaycan, türk və ingilis dillərini bilir.