A

“Həftənin kitabı” layihəsi bu buraxılışında “ŞUŞA – Zirvədən Uca. SHUSHA – A Sacred City” kitabını təqdim edir.

Bu nəşr “PAŞA Həyat Sığorta” ASC və “İRS” Nəşriyyat Evinin 2013-cü ildən bəri birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Kitabın rəhbəri və baş redaktoru Musa Mərcanlı, redaktorları Qalina Lısenko və Ləman Cəfərova, tərcüməçilər isə Yan Pirt, İman Əsədov və Emil Bağırovdur.

Azərbaycan, ingilis dillərində hazırlanan kitab Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı sayılan Şuşa şəhərinin zəngin tarixi keçmişinə, sənət dünyasına və bənzərsiz memarlıq irsinə həsr olunub. Kitabda şəhərin təməlinin qoyulduğu XVIII əsrdən bu günə qədər keçdiyi yol  Pənahəli xan dövründəki yüksəlişi, "Qafqazın konservatoriyası" adını qazandığı mədəni çiçəklənmə mərhələsi, işğal dövrünün ağrıları və 2020-ci ildəki tarixi Zəfərlə başlayan yeni intibah dövrü əhatə olunub.

Kitabda Şuşanın yalnız hərbi-strateji əhəmiyyəti deyil, həm də onun ruhu — Vaqifin poeziyası, Üzeyir bəyin musiqisi, Natəvanın qəzəlləri və Xarıbülbülün əfsanəvi gözəlliyi sənədli materiallar və nadir fotolarla canlandırılıb.

“ŞUŞA – Zirvədən Uca. SHUSHA – A Sacred City” kitabı 2022-ci ildə “IRS Publishing House” nəşriyyatında çapdan çıxıb. Kitab 224 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR