UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan idman yarışları keçirilib.
Yarışlarda fakültələrarası “Şanlı Zəfər-3” adlı futbol turniri keçirilib. Finalda İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən ibarət “Ağdərə” komandası qalib gəlib. Futbol turnirində Rus İqtisad Məktəbinin tələbələrindən ibarət “Yarasa” komandası II yerin, Maliyyə və mühasibat fakültəsinin tələbələrindən ibarət “MMF Lions” komandası isə III yerin sahibi olub.
Növbəti idman yarışı 24 nəfər tələbə arasında qalibiyyət uğurunda keçirilən şahmat turniri olub. Bu turnirin nəticəsində ilk üç yerin sahibi müəyyənləşib. I yerin sahibi Rəqəmsal iqtisadiyyat fakültəsi tələbəsi Cəbrayıl Zərbəliyev, II yerin sahibi Beynəlxalq İqtisadiyyat Məktəbindən (ISE) İlham Namazov, III yerin sahibi isə Biznes və menecment fakültəsinin tələbəsi Mətləb Fərəməzovdur.
THİK-in təşkilatçılığı ilə voleybol, basketbol idman yarışları da keçirilib.
UNEC THİK-in sədri İlkan Əliyev bütün yarışlarda qalib komandanın üzvlərini təbrik edərək, onlara kubok, diplom, medal və hədiyyələr təqdim edib.