Gənclər və İdman Nazirliyinin, Nəsimi rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə, ali təhsil müəssisələrində professor, müəllim, əməkdaşlar arasında şahmat və stolüstü tennis idman növləri üzrə turnir keçirilib.
Turnirdə həmçinin, UNEC müəllimlərindən ibarət komandalar da iştirak edib.
Şahmat turniri üzrə “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Oqtay Quluyev ikinci yerə, Rus İqtisad Məktəbinin (RİM) direktor müavini Anar Eyyubov üçüncü yerə, stolüstü tennis üzrə UNEC İdman Klubunun məşqçi - müəllimləri Aygün İsmayılova birinci yerə, Siyavuş Axundov isə ikinci yeri qazanıb.
Qalib gələn əməkdaşlar diplom və medallarla təltif olunublar.