Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 10-14 mart tarixlərində fakültələr arasında basketbol və voleybol turniri keçirilib.
Bakı şəhər Gənclər və İdman İdarəsinin və UNEC İdman Klubunun təşkilatçılığı ilə keçirilən Voleybol turnirində I yeri Rəqəmsal iqtisadiyyat, II yer Rus İqtisad Məktəbi, III yeri isə Biznes və menecment fakültəsinin komandası qazanıb.
Basketbol idman növündə turnir qalibi isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) olub. II yerin sahibi Rus İqtisad Məktəbi , III yerin sahibi isə Biznes və menecment fakültəsinin komandası olub.
Turnirin qaliblərinə Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən medal, diplom və kuboklar təqdim olunub.