UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində tələbələrarası şahmat turnirinin keçirilib.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tələbələrarası şahmat turnirinin məqsədi tələbələrin məntiqi düşünmə və analiz qabiliyyətlərini inkişaf etdirmək, intellektual yarış mühiti yaradaraq sağlam rəqabəti təşviq etməkdir. Eyni zamanda, tələbələrin vaxtlarını mənalı və faydalı şəkildə keçirmələrinə imkan verir.
Qaliblər diplom, medal və hədiyyələr ilə təltif olunub. 36 nəfər tələbə arasında gedən yarışmada 3 komanda qalib olub.
I YER - Mürsəlli Mətin - “SABAH” Mərkəzi IV kurs
II YER -Əliyev Fərid - “Beynəlxalq İqtisadiyyat Məktəbi” II kurs
III YER - Kərimov Sərxan - “Biznes və Menecment” fakültəsi I kurs