Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və UNEC-in “Fəxri Fərmanı”na layiq görülən UNEC-in əməkdaşlarına mükafatların təqdimolunması mərasimi keçirilib.
Mərasimdə çıxış edən UNEC-in prorektoru dosent Şaiq Əsgərov təltif olunan əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra əməkdaşlara Fəxri fərmanlar təqdim olunub.