A

moderator.az

 

Moderator.az 

xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində qış imtahan sessiyası başlanıb. Yazılı və test üsulu ilə keçiriləcək imtahanlarda ümumilikdə 12086 tələbənin iştirakı nəzərdə tutulub. Onlardan 2986 nəfəri I kurs, 2839 nəfəri II kurs, 2878 nəfəri III kurs, 3126 nəfəri IV kurs, qalanları isə növbəti ilə qalan tələbələrdir. İlk dəfə olaraq Zaqatala və Dərbənd filialları, eyni zamanda Maliyyə-İqtisad Kollecində imtahanlar eyni qaydada keçiriləcək.Qış imtahan sessiyası üçün 598  fənndən (Azərbaycan  bölməsi – 329, Rus bölməsi – 264 və Xarici dil – 5 (İşgüzar, İxtisas yönümlü, İngilis, Fransız və Alman dilləri)) imtahan testləri hazırlanıb.İmtahanda cavablandırması üçün hər tələbəyə 50 sual veriləcək. Bunun üçün üç tədris korpusunda 5 imtahan zalı hazırlanıb və vahid şəbəkəyə birləşdirilərək 430 kompüter quraşdırılıb.  İmtahanlarda gün ərzində 7 növbədə 3010 tələbə imtahan verəcək.“Maliyyə və mühasibat”, “İqtisadiyyat”, “Biznes və menecment”, “Texnologiya və dizayn”, “Əmtəəşünaslıq” fakültələri və Rus iqtisadiyyat məktəbi imtahanların test üsulu ilə keçirilir. Beynəlxalq iqtisadiyyat məktəbi, SABAH mərkəzi, “Türk dünyası işlətmə” fakültəsi, UNEC Biznes məktəbi, Beynəlxalq magistratura və doktorantura mərkəzi, Magistratura mərkəzində (keçirilməsi test üsulu ilə nəzərdə tutulan fənlər istisna olmaqla) imtahanlar yazılı formada təşkil edilir.1 və 4 kurs tələbələrinin iştirak etdiyi imtahana hər qrup üzrə 1məsul şəxs, 4 nəzarətçi, 1 tyutor və 1 dekan müavini nəzarət edir. Tələbələrin işini asanlaşdırmaq üçün imtahanın sualları öncədən universitetin saytında yerləşdirilib.İmtahanda yalnız 25 faiz davamiyyəti olmayan tələbələrin iştirakına icazə verilməyib.

Qeyd edək ki, universitetin rektoru Ədalət Muradovun tapşırığı ilə tələbələrin valideynlərinə, ictimaiyyət nümayəındələrinə imtahanların gedişini izləmək üçün hər cür şərait yaradılıb. Yeri gəlmişkən, bu gün Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə imtahanın gedişini izləyib, universitetdə yaradılmış qaynar xətdə bir müddət növbətçilik edib və gələn zəngləri dinləyərək istəkləri, təklifləri universitetin müvafiq strukturlarına çatdırıb.

TOP XƏBƏRLƏR