Dövlət İmtahan Mərkəzinin keçirdiyi tələbə qəbulu demək olar ki, başa çatmaq üzrədir.
Ali məktəblərə daxil olan tələbələri təbrik edirəm. 2019/2020-ci tədris ilində keçirilən qəbul imtahanlarının nəticələri proqnozlaşdırılan göstəriciləri təsdiqlədi. Tələbələr ixtisas qrupları üzrə hansı Ali məktəblərə üstünlük verdilər? Danılmaz fakdır ki, ölkədə universitetlər 2 yerə bölünür. Ənənəvi potensialını saxlayan universitetlər və islahatlar aparılan Universitetlər. Elə məhz builki qəbulun nəticələri bu fərqləri ortaya qoydu.
Gəlin Universitetlərdə plan yerlərinin dolması siyahısına diqqət edək:
“ADA” Universiteti - 100 faiz
Bakı Ali Neft məkəbi - 100 faiz
Gömrük Akademiyası - 100 faiz
Dövlət İdarəçilik Akademiyası - 99,51 faiz
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - 98,91 faiz
Azərbaycan Dövlət Pedaqoji Universiteti - 96,4 faiz
Tibb Universiteti - 95,67 faiz
Azərbaycan Dövlət Dillər Universiteti - 94,76 faiz
Bakı Dövlət Universiteti - 92,9 faiz
Neft və Sənaye Universiteti - 90, 78 faiz
Bakı Slavyan Universiteti - 90,36 faiz
Bakı Mühəndislik Universiteti - 79,97 faiz
Memarlıq və İnşaat Universiteti - 78,78 faiz
Azərbaycan Texniki Universiteti - 75. 56 faiz
Zəruri qeyd: 100 faizlik nəticə göstərən Universitetlərin ixtisaslarına uyğun plan yerləri siyahıda olan digər universitetlərin plan yerlərindən xeyli azdır.
Ölkə üzrə ən böyük müsabiqə II və III ixtisas qruplarında oldu. II ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyentlərin mütləq əksəriyyəti UNEC-i, III İxtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyentlər Pedaqoji Universiteti, Bakı Dövlət Universitetini, Dillər Universitetini və Slavyan Universitetini seçdilər. İndiki dönəmdə valideynlər və abituriyentləri Ali məktəblərdə təhsilin keyfiyyəti ilə daha çox maraqlandırır. Və seçimdə bunu mütləq nəzərə alırlar. Ənənələrini qoruyub saxlamağa çalışan universitetlər islahatın zəruriliyini dərk etməlidirlər. Əks təqdirdə ən yaxşı halda bu ilin nəticələri təkrarlanacaq (durğunluq), yaxud geriləmələr (reqresiya) başlayacaq.
Etibar Əliyev,
Təhsil eksperti, fəlsəfə doktoru