A

AZƏRTAC

“Cənab Prezident, əminik ki, Sizin uğurlu və düşünülmüş siyasətiniz biz azərbaycanlılara bütün çətin sınaqlardan çıxmağa kömək edəcək”.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, “UNEC Könüllüləri” Təşkilatının sədri Orxan Vəliyevin Prezident İlham Əliyevə məktubunda yer alıb.

Məktubda deyilir: “Möhtərəm cənab Prezident, mən bir azərbaycanlı gənc tələbə kimi bu məktubu yazmağı özümə borc bildim. Hər şeydən əvvəl onu bildirim ki, biz Azərbaycan gəncləri, eyni zamanda, bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyuruq. Biz hər zaman Sizin bütün qərarlarınızı dəstəkləyir və fəaliyyətimizdə onları rəhbər tutaraq addım atırıq. Biz bilirik ki, hər zaman bizim arxamızda Sizin kimi liderimiz dayanıb. Əminik ki, Sizin uğurlu və düşünülmüş siyasətiniz biz azərbaycanlılara bütün çətin sınaqlardan çıxmağa kömək edəcəkdir. Mən şəxsən öz adımdan və təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Məlumdur ki, dünyanı cənginə almış yeni növ koronavirus pandemiyası Azərbaycanımızdan da yan keçməmişdir. Lakin biz çox xoşbəxt xalqıq ki, Sizin kimi böyük liderimiz var. Dünyanın bir çox inkişaf etmiş ölkələri bu virusun qurbanına çevrilsə də deyə bilərik ki, Azərbaycan bu gün tale əhəmiyyətli sınaqdan uğurla çıxmaqdadır. Təbii ki, bu Sizin uzaqgörən siyasətinizin uğurlu nəticəsidir. Cənab Prezident, Sizə, hər zaman xalqınızın yanında olduğunuz üçün, bütün gənclər adından təşəkkürümü bildirirəm. Var olun! Allah Sizi xalqımıza çox görməsin. Siz dünya liderlərinin arasında əvəzolunmazsınız və biz gənclərin idealısınız. Biz Sizinlə fəxr edirik”.

TOP XƏBƏRLƏR