Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva UNEC-in 3 saylı yeni tədris korpusunun açılışında iştirak ediblər.
Yeni tədris korpusunda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev "Universitetlər üçün də nümunə olmalıdır" deyə bildirib. Birinci xanım Mehriban Əliyeva isə "İnsan lap yenidən tələbə olmaq istəyir..." fikrini diqqətə çatdırıb.