Ağdamda yaradılacaq Qarabağ Universiteti IV Sənaye İnqilabının tələblərini nəzərə alaraq, gələcəyin Azərbaycanını, yəni rəqəmsal Azərbaycanı quracaq. Bu universitet Azərbaycanın rəqəmsal transformasiyasını təmin edəcək insan kapitalı formalaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransında çıxışı zamanı bildirib.
Rektor, həmçinin deyib: “Ali təhsil mövcud forma və metodlarla hələ də tam formalaşmamış rəqəmsal iqtisadiyyat üçün mütəxəssis hazırlığını təmin edə bilmir. Ali təhsilin yenidən qurulmasından daha çox, yeni ali təhsil tələb olunur”.