A

UNEC-in Keyfiyyət Təminatı şöbəsinin təşkilatçılığı ilə UNEC-100 İnkişaf Strategiyasında qeyd olunan müvafiq Strateji hədəfin icrasını təmin etmək məqsədilə ilkin olaraq Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) magistratura səviyyəsində tədris edilən 3 ixtisas, “Maliyyə”, “Biznesin idarə edilməsi” və “İqtisadiyyat” üzrə təhsil proqramlarının "Foundation for International Business Administration Accreditation" (FIBAA) akkreditasiya qurumu tərəfindən beynəlxalq akkreditasiyadan keçirilməsi istiqamətində işlər yeknlaşmaq üzrədir.

FİBAA akkreditasiya qurumunun xüsusi nümayəndəsi Dr. Birger Hendrikslə (19 fevral 2024-cü il tarixli) təşkil olunmuş onlayn görüşü zamanı cari ilin mart ayının sonunadək akkreditasiya səfərini həyata keçirəcək beynəlxalq tərkibdə ekspertlərin müəyyənləşdirilməsi, onların səfəri üçün gərəkli dəstəyin göstərilməsi istiqamətində müzakirələr aparılmışdır. Görüşdə Rəqəmsallaşma üzrə prorektor Raqif Qasımov, Keyfiyyət təminatı şöbəsinin müdiri Hüseyn Həsənov, şöbənin baş mütəxəssisi Əddin Muştaqov, Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova, Satınalmaların təşkili və təchizat şöbəsinin müdiri Aqil Əhmədov iştirak ediblər.

Qeyd edək ki, 1 nəfər FİBAA layihə koordinatoru, 3 nəfər professor, 1 nəfər inzibatı heyət, 1 nəfər tələbə və 1 nəfər də biznes dünyasından nümayəndə olmaqla, 7 beynəlxalq ekspertin müxtəlif ölkələrdən 2 günlük sahə səfəri bu ilin may ayının sonları üçün nəzərdə tutulur.

TOP XƏBƏRLƏR