UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 2018/2019-cu tədris ilinin qış imtahan sessiyasının gedişatı ilə tanış olub.
Dosent Anar Rzayev imtahan otaqlarında imtahanların gedişatını yaxından izləyib, tələblərlə ünsiyyətdə olub, tədris sənədləri, iaşə xidməti və digər məsələlərlə maraqlanıb. UNEC rektorunun kollec üzrə məsləhətçisi professor Nuru Mikayılov və kollecin direktoru dosent Oruc Məmmədov kollecdə imtahan sessiyasının təşkili barədə məlumat veriblər.