UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 2019/2020-ci tədris ilinin yaz semestrində akademik borcu yaranan tələbələr üçün avqust-sentyabr aylarında imtahan sessiyasının təşkili ilə bağlı onlayn iclas keçirilib.
Kollecin direktoru dos. Oruc Məmmədov onlayn rejimdə keçiriləcək imtahan sessiyasının təşkili üçün zəruri olan hazırlıq işlərindən və qarşıda duran vəzifələrdən danışıb.
UNEC rektorunun kollec üzrə məsləhətçisi prof. Nuru Mikayılov isə imtahan sessiyasında qarşıya çıxa biləcək problemlərin operativ həlli istiqamətində müvafiq tədbirlərim görülməsi barədə məlumat verib.