A

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planında (2017-2020-ci illər üçün) nəzərdə tutulan Tədbirlər planına əsasən növbəti tədbir keçirilib.

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrası ilə Tədris Metodik Mərkəzinin birgə keçirdiyi onlayn tədbir “Universitetdə tədris proqramının maliyyə sektorunun ehtiyaclarına uyğunluğunun qiymətləndirilməsi və tədris proqramlarının təkmilləşdirilməsi  istiqamətində zəruri  işlərin  aparılması” və “Beynəlxalq təcrübədən yararlanaraq “Maliyyə” ixtisası üzrə ali tədris proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması” mövzularında olub.

“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, i.e.d., professor Əvəz Ələkbərov mövzuların aktuallığından söz açaraq, “Maliyyə” ixtisası üzrə tədris proqramının təkmilləşdirilməsinin vacibliyindən danışıb. Bu istiqamətdə beynəlxalq təcrübənin tətbiqinin faydalı olacağını bildirib.

UNEC-nin  Tədris Metodik Mərkəzinin, “Maliyyə və maliyyə institutları” kafedrasının əməkdaşlarının iştirak etdiyi tədbirdə prof.N.N.Xudiyevin, prof.M.X.Həsənlinin, b\m.N.Ş.Əliyevin  məruzələri dinlənilib.

Məruzələrdən sonra təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR