A

UNEC-in rektoru professor Ədalət Muradov ara imtahanlarının təşkilinin nəticələri, dərs yükünün bölünməsi, universitetin idarə edilməsinin səmərəliliyinin artırılması məsələlərini müzakirə etmək məqsədilə dekanlar və müvafiq struktur rəhbərləri görüşüb.

Görüşdə İmtahan mərkəzinin direktoru dosent Söhrab İsayev payız semestrinin ara qiymətləndirmə imtahanlarının təşkili və keçirilməsi vəziyyətinə dair hesabatla çıxış edib. Hesabatda imtahanların 265 fənn üzrə yazılı, 533 fənn üzrə isə test üsulu ilə keçirildiyi bildirilib. Həmçinin imtahanlara nəzarət, apelyasiya müraciətləri, imtahan suallarının keyfiyyəti, üzrlü imtahanların təşkili, eləcə də sessiya imtahanlarına hazırlıqla bağlı görülməli olan işlər barədə məlumat verilib.

Sonra Tədris üzrə prorektor dosent Gəray Musayev dərs yükünün bölünməsi vəziyyət barədə təqdimatla çıxış edib.

Çıxışlardan sonra imtahanların təşkilinin daha da təkmilləşdirilməsi, idarəetmənin səmərəliliyinin artırlması ilə bağlı təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR