A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Çinarə Qəhrəmanovanın məqaləsi Türkiyə mətbuatında dərc olunub. 

www.akgazete.com.tr” saytında dərc olunan “Tek millet iki devlet: ''Sarsılmaz dostluk'' başlıqlı məqalədə Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər geniş şərh edilib. Müəllif məqalədə qeyd edir ki, ölkələrimiz arasındakı səmimi münasibətlər, etibarlı əməkdaşlıq sayəsində dövlətlərimiz günü-gündən möhkəmlənir. İki ölkə arasında münasibətlərin bu səviyyədə inkişafı təkcə iki dövlətin ümumi tərəqqisi deyil, həm də regionda sabitliyin bərqərar olması məqsədi daşıyır. Müasir dövrdə türkdilli dövlətlərin yaxınlaşması və onlar arasında əlaqələrin qurulması üçün ən mühüm şərtlərdən biri də Azərbaycan-Türkiyə münasibətləridir.

Filologiya üzrə fəlsəfə doktoru Çinarə Qəhrəmanovanın müəllifi olduğu məqalədə iki qardaş ölkə arasındakı əlaqələr, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı,  44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyi diqqətə çatdırılır.

TOP XƏBƏRLƏR