A

UNEC-in “İqtisadiyyat” kafedrasının dosenti Xankişi Xankişiyev Özbəkistanın Daşkənd Dövlət İqtisad Universitetində kecirilən II Beynəlxalq forumda iştirak edib.

“İnkişaf strategiyası: Qlobal və milli iqtisadi meyllər” mövzusunda keçirilən forumun plenar iclasında X.Xankişiyev “Rəqəmsal iqtisadiyyat və dünya bazarlarında rəqabətqabiliyyətliliyin təmin edilməsi” adlı məruzə ilə çıxış edib.

Forumun elm və təşkilat komitəsinin üzvü olan Xankişi Xankişiyev forum çərçivəsində keçirilən Tələbə layihələri olimpiadasının rəsmi eksperti qismində layihələrin qiymətləndirilməsində iştirak edib.

Dünyanın 27 ölkəsinin universitetlərindən 112 nəfər nümayəndənin iştirak etdiyi forumda dos. Xankişi Xankişiyev ABŞ-ın Pitsburq Universitetinin professoru Julia Dainty, Steytson Universitetinin professoru Jennifer Foo, polşalı professor Dorota Jelenok, UrDİU-nun prorektoru prof. Dmitriy Karx, Belorus Universitetinin prorektoru Kseniya Yakuşenko ilə universitetlərarası əlaqələrin qurulması istiqamətində  müzakirələr aparıb. 

TOP XƏBƏRLƏR