UNEC-in Rus İqtisad Məktəbində "İqtisadiyyat" kafedrasının baş müəllimi Məhsəti Əliyeva tərəfindən "İnsan alveri - müasir dövrün aktual problemi kimi" mövzusunda seminar keçirib.
Məhsəti Əliyeva seminarda ölkədə insan alverinə qarşı mübarizə istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, eləcə də təhsil müəssisələrində yeniyetmə və gənclərin məlumatlandırılması üçün mütəmadi olaraq maarifləndirmə işlərinin aparıldığını qeyd edib.
Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov seminarda insan alveri problemləri ilə bağlı statistik göstəriciləri təhlil edərək, ölkəmizdə bu problemə qarşı mübarizə tədbirlərindən danışıb. O, çıxışının sonunda bu istiqamətdə metodik-tədris vəsaitlərinin hazırlanmasının, insan alverinə qarşı mübarizəyə dair elmi tədqiqatların aparılmasının təmin edilməsinin və əldə edilmiş nəticələrin mübarizə tədbirlərinin səmərəsinin artırılmasında mühüm rol oynayacağını vurğulayıb.