UNEC -in “Azərbaycan dili” kafedrasının filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Qəhrəmanovanın Azərbaycanın müstəqillik tarixindən və demokratik ənənələrindən bəhs edən məqaləsi Türkiyə mediasında dərc olunub.

UNEC müəllimi aturkiye.com və marmaragazetesi.com saytlarında dərc olunan məqaləsində 1918-ci ilin may ayının 28-də Azərbaycan xalqının müstəqilliyini elan etməsi, demokratik, qanuni, dünyəvi və parlamentli bir cümhuriyyət qurması ideyasını geniş şəkildə təhlil edib. Eyni zamanda Azərbaycanın müstəqillik və dövlət quruculuğu istiqamətində atdığı addımların tarixi və mədəni əhəmiyyətini diqqətə çatdırıb. Məqalədə həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər və demokratik ənənələrin formalaşmasında oynadığı rol da ətraflı şəkildə şərh olunub.

Ç.Qəhrəmanova məqaləsində Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyin bərpasındakı və möhkəmləndirilməsindəki əvəzsiz rolunu da xüsusi vurğulayıb. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində atdığı addımlardan bəhs edib.

TOP XƏBƏRLƏR