İyunun 10-da UNEC Xanım Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə “Schwarzman” alimləri proqramına müraciətlə bağlı infosessiya təşkil olunub.
UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva infosessiyada proqrama müraciət qaydaları, sənədləşmə, inşaların yazılma forması və onlayn müraciət forması barədə iştirakçılara ətraflı məlumat verib.
Eləcə də, UNEC-dən proqrama müraciət edəcək gənc tədqiqatçılar üçün sənədləşmə ilə əlaqədar konsultasiyanın təşkili, liderliklə əlaqədar inşaların düzgün yazılma qaydaları, tərcümeyi-hal və niyyət məktublarının hazırlanmasına dair konsultasiyalar verilib.