UNEC-in “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinə yeni sədr seçilib.
İctimai Birliyinin yeni sədri UNEC-in “Biznesin idarə edilməsi” kafedrasının gənc müəllimi Yusif Musayevdir. O, magistratura və doktorantura təhsilini UNEC-də alıb.
2015-2016-cı illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Bərdə rayon Gənclər və İdman İdarəsində aparıcı məsləhətçi (gənclər sahəsi üzrə), 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində məsləhətçi vəzifəsində çalışıb.
2019-cu ildən UNEC Kitabxana-informasiya mərkəzində müdir müavini, eyni zamanda 2022-ci ildən UNEC Biznes Məktəbində müəllim işləyir.