A

UNEC-in 95 illik yubileyi çərçivəsində universitetin alimlərinin elmi tədqiqat sahəsində qazandığı uğurların təqdimat layihəsi davam edir.

Bu layihə çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsi, “İqtisadiyyat” kafedrasının professoru, iqtisad elmləri doktoru Əvəz Bayramovun elmi tədqiqat nailiyyətilərinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə “İqtisadiyyat” kafedrasının müdiri, dos. Suqra Hümbətova professor, əməkdar müəllim Əvəz Bayramovun elmi araşdırmaları, iqtisad elminə verdiyi töhfələr, monoqrafiyaları haqqında iştirakçılara geniş məlumat verib.

Ə.Bayramovun qlobal iqtisadiyyat və rəqəmsal transformasiya, makroiqtisadi tənzimləmə, antiinisar siyasəti və inhisarçılıq problemləri istiqamətində apardığı tədqiqatlar, «İqtisad elminin fəlsəfəsi», «İqtisadi Antologiya» və «Rəqəmsal inqilab: Milli iqtisadiyyatın gələcəyi» adlı monoqrafiyaları iqtisadşılar tərəfindən yüksək qiymətləndirilib. UNEC-in professor-müəllim heyətinin iştirak etdiyi görüşdə dəyərli alim elmi təcrübəsini bölüşüb, müasir iqtisadi problemlər və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay