UNEC-in “Maliyyə və audit” kafedrasının professoru ,i.e.d. Elnur Sadıqov Dağıstan Dövlət Xalq Təsərrufatı Universitetində keçirilən IX-cu “Maliyyə və inkişaf sferasının aktual sualları” adlı beynəlxalq elmi-praktiki konfransa qatılıb.
Konfransda E.Sadıqov “İqtisadiyyatın kredit resursları: müasir etapda ənənəvi və yeni yanaşmaları” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə aktual problemlərdən biri olan dünyanın müxtəlif bölgələrində yaranmış maliyyə resurslarının iqtisadiyyata təsiri ətraflı müzakirə olunub. Müasir dövrdə maliyyə resurslarının yetərincə olmadığı bir şəraitdə UNEC professoru Azərbaycanın yaranmış qlobal maliyyə problemlərindən kənarda sərbəst maliyyə siyasətini həyata keçirməsini qeyd etmiş və ölkəmizin kredit resurslarından səmərəli istifadə edilməsinin istiqamətlərindən ətraflı bəhs etmişdir.
Sonda iştirakçılarının mövzu ilə əlaqədar yaranmış sualları məruzəçi tərəfindən cavablandırılıb.