A

UNEC Rus İqtisad Məktəbinin direktor müavini dos. Leyla Hacıyeva Qazaxıstan Respublikasının Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin dəvəti ilə xarici alimlərin cəlb edilməsi proqramı çərçivəsində Ust Kamenoqorsk şəhərinə ezam olunub.

Ezamiyyətin əsas məqsədi Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin “Maliyyə”, “İqtisadiyyat”, “Menecment”, “Turizm”, “Dövlət və yerli idarəetmə” ixtisaslarında təhsil alan I-II-III kurs tələbələrinə “Turizmdə marketinq” fənnindən mühazirələrin oxunması olub. Tədbir zamanı tələbələrə UNEC haqqında ətraflı məlumat verib, “Turizm bazarının marketinq tədqiqatları”,“Turizm bazarının seqmentləşdirilməsi və mövqeləşdirmə”, “Turizm brendlərinin yaradılması” Azərbaycanda turizmin inkişafı xüsusiyyətləri, müasir vəziyyəti, statistik təhlili, mövcud problemləri və gələcək inkişaf imkanları müzakirə olunub, mövzular ətrafında maraqlı diskussiya aparılıb.

Növbəti gün L.Hacıyeva Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin professor müəllim heyəti ilə görüşlər keçirib, “Dayanıqlı inkişaf məqsədləri kontekstində Azərbaycanın turizm sektoru” mövzusunda çıxışlar edib .

Ezamiyyət müddətində akademik heyətlə görüşlər keçirilib, onlara UNEC-in təhsil strategiyası haqqında ətraflı məlumat verilib, iki universitet arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub, əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

TOP XƏBƏRLƏR