UNEC Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov Özbəkistanın Qaraqalpaq Dövlət Universitetinin təşkil etdiyi “Beynəlxalq təcrübə: elektrik enerjisi istehsalında tullantıların idarə edilməsi problemləri” adlı beynəlxalq konfransın açılış mərasimində iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Mənsur Bərxudarov Rus İqtisad Məktəbi adından konfransın təşkilatçılarını və iştirakçılarını salamlayaraq, konfransın işinə uğurlar arzulayıb.
Çıxışında dünya ölkələrində, o cümlədən türk dünyası ölkələrində əhalinin ekoloji şüurunun yüksəldilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin, həmçinin sözügedən qlobal problemlərin beynəlxalq səviyyədə araşdırılması üçün rəqəmsal platformanın yaradılmasının zəruri olduğunu vurğulayıb.