A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemində müəllimlərin reytinqinin mart ayının 1-nə olan nəticələri açıqlanıb:

  1. Elşən Bağırzadə – Beynəlxalq iqtisadiyat kafedrası
  2. Fariz Əhmədov – İqtisadiyyat və işlətmə kafedrası
  3. Rəna Babayeva – Fizika və kimya kafedrası
  4. Araz Aslanlı – İqtisadiyyat və işlətmə kafedrası
  5. Nazim Cəfərov – İqtisadiyyat və işlətmə kafedrası
  6. Rövnəq Rzayev – Fizika və kimya kafedrası
  7. Aynur Qədiməliyeva – Azərbaycan dili kafedrası
  8. Abbas Seyidov – Azərbaycan tarixi kafedrası
  9. Leyla Hacıyeva – Marketinq kafedrası
  10. Zabit Aslanov – Standartlaşma və sertifikasiya kafedrası

Sistemə yeni məlumatlar daxil olduqca sıralama dəyişəcək.1 sentyabr 2015-ci ildən işə düşən sistemə bu günə qədər UNEC-in 775 müəllimi haqqında məlumat yüklənib. Həmin müəllimlər sistemə 2957 fəaliyyət daxil edib. Onların 1407-si sənəd və sertifikat, 250-si isə elmi məqalədir. Daxil olan fəaliyyətlər professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiya tərəfindən yoxlanaraq təsdiq edilib.İyun ayının 30-da differensial əmək haqqı sistemində ilk yüz yerə yüksələn müəllimlərin sistemə daxil etdikləri fayllar nümayiş etdiriləcək.

TOP XƏBƏRLƏR