×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev (AVEY) nüfuzlu Research.com akademik platformasının tərtib etdiyi Ən Yaxşı Alimlər Reytinq siyahısına daxil olub.

Professor Abdulla Sofiyev Mexanika və Aerokosmik Mühəndislik sahəsində Türkiyə üzrə 8-ci, dünya üzrə isə 1287-ci yerdə qərarlaşıb. Reytinqdə yalnız Mexanika və Aerokosmik Mühəndislik sahəsində edilən akademik nəşrlər üçün ən azı 30 D indeksinə malik aparıcı alimlərin yer alması mümkündür.

2021-ci ildən UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı olan professor Abdulla AVEY 2003-2004-cü illǝrdǝ dünyada ilk dǝfǝ funksional dǝrǝcǝlǝnmiş materiallardan hazırlanmış silindir vǝ konus şǝklindǝki örtüklǝrin dinamik stabilitǝ probleminin hǝllinǝ nail olub. 2018-ci ildǝn başlayaraq, müasir texnikanın, xüsusilǝ dǝ müdafiǝ sǝnayesinin ǝn öndǝ problemlǝrindǝn biri olan nanokompozit materiallardan hazırlanmış çoxtəbəqəli konstruksiyaların xǝtti olmayan stabilitǝ vǝ titrǝşim mǝsǝlǝlǝrinin müxtǝlif mühitlǝrdǝ hǝllini tapıb. Bu nǝticǝlǝr peyklǝrdǝ, raketlǝrdǝ, kosmik gǝmilǝrdǝ vǝ nüvə reaktorlarında geniş istifadǝ edilir. A.Sofiyev 2019-2020-ci illǝrdǝ Stenford Universitetinin tǝrtib etdiyi dünyanın ǝn nüfuzlu elm adamları siyahısına daxil edilmiş vǝ öz elm sahǝsindǝ dünyanın ǝn nüfuzlu 100 elm adamı sırasında yer almışdır.

O, 250-dǝn çox fundamental elmi mǝqalǝnin, həmçinin mötǝbǝr beynǝlxalq jurnallarda çap edilən 120-dǝn çox məqalənin müəllifidir.

Reytinq göstəriciləri, həmçinin məqalə ilə tanış olmaq üçün aşağıda qeyd olunan linklərə keçid edə bilərsiniz:

https://research.com/scientists-rankings/mechanical-and-aerospace-engineering/tr (Türkiyə üzrə)
https://research.com/scientists-rankings/mechanical-and-aerospace-engineering (dünya üzrə)
https://research.com/careers/best-mechanical-aerospace-engineering-scientists-2023-report (məqalənin linki)

TOP XƏBƏRLƏR