Mayın 8-də Heydər Əliyev adına Sarayda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tələbə bədii yaradıcılıq festivalının yekun konserti keçirilib.
Elm və Təhsil Nazirliyi ilə müvafiq Həmkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirdə 26 ali məktəb arasından seçilmiş ən istedadlı gənclər arasında UNEC tələbələri də yer alıb.
UNEC bu ilki festivalda həm kütləvilik, həm də çıxışların keyfiyyəti ilə xüsusilə fərqlənib. Universitetin tələbələri, Yaradıcılıq Mərkəzinin üzvləri - Elxan İskəndərov, Nadir Əzimli, Rəfiqə Canıyeva, Fatimə İsayeva, Vüsal Aslanlı, Ayan Mürşüdzadə, Rüstəm Məmmədov, Məhəmməd Əli və Aydın Həsənli musiqi və qiraət nömrələri ilə səhnədə çıxış ediblər. Gecənin ən yadda qalan çıxışlarından biri isə UNEC-in 40 nəfərlik rəqs ansamblının ifa etdiyi "Qarabağ Azərbaycandır!" rəqsi olub.