A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin 2-ci kurs magistr tələbəsi Sofya Əhməd Rusiya Federasiyasının Astraxan Dövlət Universiteti tərəfindən keçirilən dəyirmi masada iştirak edib.

“Yeni İnternet Kommunikasiya sistemində beynəlxalq hüququn aktual məsələləri: nəzəriyyə və təcrübə” adlı dəyirmi masada informasiya təhlükəsizliyi, “feyk” informasiyaların fenomeni, beynəlxalq təşkilatların fəaliyyətində yeni internet-kommunikasiya texnologiyaları və digər sahələr üzrə müzakirələr aparılıb.

UNEC magistri Sofya Əhməd tədbirdə “Koronavirus pandemiyası dövründə təhsil biznes subyektlərin fəaliyyəti” mövzusunda çıxış edib. Tədbir iştirakçılarının marağına səbəb olan çıxışdan sonra onların sualları cavablandırılıb. 

TOP XƏBƏRLƏR